Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq “Tarixi Arxiv” statusu aldığını bildirib.
“Zaur, Şahrux Xan (Hollivud ulduzu - red.) belə bu klipi görsə, karyerasını bitirər. 2011-ci ildən ATV-nin səsyazma studiyasında çəkilən, illərdir gizli qalan hind klipimiz artıq “Tarixi Arxiv” statusu alıb. 15 il keçib. Sağ olsun Zamiq, indi bu kadrları üzə çıxarıb. Deyirəm, bəlkə bu klipin təqdimat mərasimini keçirək” deyə, Afaq Gəncəli yazıb.






