Maqazin · Sfera.az

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkə “Avroviziya”da iştirak etməyəcək xəbəri üçün şəkil

Çexiya 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə qatılmayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Çex Televiziyası məlumat yayıb. Qərarın təşkilati tələblər və büdcəyə düzəlişlərin zəruriliyi ilə bağlı olduğu bildirilib.

Çex Televiziyası 2027-ci il müsabiqəsinin yayım lisenziyasını da almayacaq. Buna görə tamaşaçılar yarışmanı “Avroviziya”nın yutub kanalında izləyə biləcəklər.

Qeyd edək ki, Çexiya müsabiqədə ilk dəfə 2007-ci ildə iştirak edib. Ölkənin ən yaxşı nəticəsini 2018-ci ildə Mikolas Yozef əldə edib. O, müsabiqədə 6-cı yeri tutub.

Xatırladaq ki, “Avroviziya-2027” Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq./modern

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑