Maqazin · Sfera.az

"Səsim Aygün Kazımovanın səsinə oxşayır"

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" xəbəri üçün şəkil

Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, ifaçı Aygün Kazımova ilə bağlı hazırlanan layihədə iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib.

Vəlizadə Aygün Kazımovanı çox sevdiyini və onun mahnısını sevə-sevə ifa etdiyini deyib. Müğənni həmin dövrdə televiziya proqramlarına dəvət almadığını da qeyd edib.

"Çox sevirəm Aygün xanımı. Çox heyif ki, o layihədə iştirak edə bilmədim. Aygün xanımın mahnısını sevərək ifa etmişdim. O zaman, demək olar, televiziyalara dəvət almırdım. Mahnının müəllifi Cavanşir Quliyev də ifamdan razılığını bildirmişdi", - deyə sənətçi bildirib.

Türkan Vəlizadə layihənin kim tərəfindən hazırlandığını bilmədiyini və belə bir təklifin ona da gəlməsini istədiyini söyləyib. O, bunun səbəblərindən biri kimi səsində Aygün Kazımovanın səsinə müəyyən qədər oxşarlıq olduğunu düşündüyünü vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑