Ölkə · Qaynarinfo.az

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı (FOTO/VİDEO)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı  (FOTO/VİDEO) xəbəri üçün şəkil

Tovuz rayonunun Dondar Quşçu kəndində Qasımova Kəmaləyə məxsus ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb.

Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadası cəlb olunub. Tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

İlkin məlumata görə, yanğına ildırım çaxması zamanı yaranan qısaqapanma səbəb olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑