Ölkə · Ölkə.az

Çin maşınlarının idxalı azaldı — 2027-ci ildə avtomobil almaq çətinləşəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin maşınlarının idxalı azaldı — 2027-ci ildə avtomobil almaq çətinləşəcək? xəbəri üçün şəkil

Ölkə.az Oxu.Az istinadən xəbər verir ki, avtomobil seçərkən alıcılar üçün qiymətlə yanaşı, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin mövcudluğu da mühüm əhəmiyyət daşıyır.


Mütəxəssislərin sözlərinə görə, ölkədə yağan güclü yağışlardan sonra bəzi Çin avtomobillərində batareyalarla bağlı problemlərin ortaya çıxması alıcıların bu avtomobillərə marağına təsir göstərib. Hazırda Çin avtomobillərinin idxalı da əvvəlki aylarla müqayisədə xeyli azalıb.

Bəs, yeni qaydalar Azərbaycanda Çin avtomobillərinin satışına necə təsir göstərə bilər?

Mütəxəssislər hesab edirlər ki, Çin hökumətinin bu addımı həm sahibkarların maraqlarının qorunması, həm də istehlakçıların hüquqlarının müdafiəsi baxımından müsbət nəticələr verə bilər.

Belə ki, bəzi alıcılar mənşəyi dəqiq bilinməyən, rəsmi nümayəndəliyi və istehsalçı zəmanəti olmayan avtomobillər alırdılar. Sonradan həmin avtomobillərdə problem yarandıqda isə məsul tərəfi müəyyənləşdirmək çətin olurdu.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑