“Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşünün formatı kifayət qədər önəmlidir və müzakirə olunan məsələlər də bütün istiqamətləri əhatə edir”.
Bu sözləri Baku TV-yə millət vəkili Elçin Mirzəbəyli deyib.
“Burada təhlükəsizlik sahəsindən başlayaraq nəqliyyat infrastrukturuna, bərpaolunan enerjiyə, həmçinin qardaş dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən humanitar sahədə əməkdaşlığa dair müvafiq addımların qəbul edilməsi müzakirə olunub”, – deyə o bildirib.






