İqtisadiyyat · Qaynarinfo.az

Dövlət xidmətinin icarə müqaviləsi imzaladığı Vəfa Məlikova kimdir?

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət xidmətinin icarə müqaviləsi imzaladığı Vəfa Məlikova kimdir? xəbəri üçün şəkil

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti fiziki şəxs Məlikova Vəfa Cəmil qızı ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, müqavilədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi üçün icarə xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 32 403,23 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. İcarə müddəti haqqında açıq mənbələrdə məlumat yoxdur.

Vəfa Məlikovaya gəlincə, ictimaiyyət üçün açıq olan mənbələrdə onun barəsində geniş məlumatlar yoxdur. Məlum olan odur ki, Vəfa Məlikova 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bəzi məlumatlara görə, Vəfa Məlikova Gəncə Şəhər İcra Hakimiyyətində baş müsahib vəzifəsində çalışıb. O, 2018-ci ildə tutduğu vəzifədən azad edilib.

Seyid

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑