Siyasət · Qaynarinfo.az

Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyət kəsb edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyət kəsb edir xəbəri üçün şəkil

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyətə malikdir.

Qaynarinfo xəbər verir ki, Mirziyoyev bunu Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

"Bu gün görüşümüz xüsusi əhəmiyyət kəsb edir. O, ilk dəfə olaraq qardaş Azərbaycanla birlikdə keçirilir", – Özbəkistan Prezidenti qeyd edib.

Mirziyoyev Türkmənistanın uğurlu sədrliyini qeyd edərək vurğulayıb ki, ötən il ərzində ölkələr bir sıra mühüm istiqamətlər üzrə regional əməkdaşlıqda nəzərəçarpacaq irəliləyişə və konkret razılaşmalara nail ola biliblər.

Özbəkistan Prezidenti həmçinin region ölkələri arasında dostluq və mehriban qonşuluğun möhkəmləndirilməsinə verdiyi çoxillik töhfəyə görə türkmən xalqının milli lideri Sərdar Berdiməhəmmədova minnətdarlığını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑