Siyasət · AZƏRTAC

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək xəbəri üçün şəkil

Türkmənbaşı, 8 oktyabr,

Çini Xəzər dənizi vasitəsilə və daha sonra Avropa bazarları ilə birləşdirən genişmiqyaslı avtomobil yolu layihəsinin həyata keçirilməsinə başlanılır. Əminəm ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi bütün regionun tranzit rolunun artırılmasına töhfə verəcək.

Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verilir. Nəqliyyat infrastrukturumuz onun uğurunu əyani şəkildə nümayiş etdirir. Bu, bizim tez-tez Orta Dəhliz adlandırdığımız marşrutdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

“Rusiya ilə əməkdaşlıq çərçivəsində “Şimal-Cənub” marşrutu Qazaxıstan üçün xüsusilə aktualdır. Dünya Bankının hesablamalarına görə, əgər bütün qurulmuş infrastruktur layihələri həyata keçirilərsə, Xəzər dənizi vasitəsilə yükdaşımalar 2040-cı ilə qədər dörd dəfə arta bilər.

Hesab edirəm ki, Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna, mövcud potensialı genişləndirə və bütün ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edə bilər”, - deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑