Siyasət · AzPolitika

​“Bu istehzalar və təhdidlər nə üçündür?” - Paşinyan Medvedevə cavab verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​“Bu istehzalar və təhdidlər nə üçündür?” - Paşinyan Medvedevə cavab verdi xəbəri üçün şəkil

Ermənistanın Baş naziri Nikol Paşinyan nəhayət, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin xeyli müddətdir İrəvanı hədəf alan bəyanatlarına cavab verib.

“AzPolitika” Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan “Ermənistan üçün ən pis ssenarinin ölkənin yeni Ukraynaya çevrilməsi ola biləcəyi” barədə Medvedevin xəbərdarlığına kəskin münasibət bildirib:

"Bu bəyanat nə deməkdir? Cənab Medvedev niyə bunu edir? İndi bu istehzalar və təhdidlər nə üçündür? Məsələn, mən də eyni məntiqə əsaslanaraq, deyə bilərəm ki, Rusiyanın müxtəlif yerlərində partlayışlar baş verdiyini nəzərə alsaq, Ermənistanın yeni bir Rusiyaya çevrilməsini istəmirik".

Paşinyan vurğulayıb ki, Ermənistan nə Rusiyaya, nə də Ukraynaya çevrilməməlidir: 

"Ermənistan başqa heç nəyə çevrilməyəcək. Ermənistan getdikcə daha çox suveren dövlətə çevriləcək".

Xatırladaq ki, bir neçə gün əvvəl Dmitri Medvedev növbəti dəfə Ermənistanı Ukraynanın taleyi ilə təhdid edib. O bildirib ki, hazırkı Ermənistan rəhbərliyinin seçdiyi siyasət vektoru yaxşı heç nəyə gətirib çıxarmayacaq: “Respublikanın başına gələ biləcək ən pis şey yeni Ukraynaya çevrilməkdir".

Qeyd edək ki, bundan öncə də Medvedev dəfələrlə Ermənistan rəhbərliyini “seçdiyi kursa” görə təhdid edib.

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑