Siyasət · SİA

“Azərbaycan və Türkmənistanı tarixi, milli və mənəvi bağlar birləşdirir” - SİYASİ ŞƏRHÇİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Azərbaycan və Türkmənistanı tarixi, milli və mənəvi bağlar birləşdirir” - SİYASİ ŞƏRHÇİ xəbəri üçün şəkil

"Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, biz də türkmənik, onlar da azərbaycanlıdırlar: "Yaxud da deyə bilərik ki, hamımız birlikdə türk millətiyik. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytral dövlətdir və Azərbaycan onun bu neytrallıq seçiminə hörmətlə yanaşır. Bilirsiniz ki, Azərbaycan başqa dövlətlərin müstəqil və suveren seçimlərinə həmişə hörmətlə yanaşıb.

Aramızdakı münasibətlərdə heç bir soyuqluq və gərginlik yoxdur. Münasibətlərimiz dostluq münasibətləridir. Ümumiyyətlə, hər iki dövlət və hər iki ölkənin xalqları bir-birinə çox hörmətlə yanaşır. Aramızda doğmalıq və yaxınlıq var. Münasibətlərimiz haqqında mənfi hər hansı bir işarə yoxdur.

Deyə bilərik ki, Azərbaycan-Türkmənistan münasibətləri baxımından da, Türkiyə ilə bağlı dediyimiz kimi, Türkmənistanla bağlı da eyni fikri söyləyə bilərik: bir millət, iki dövlətik".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑