Səhiyyə · Qafqazinfo.az

Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb xəbəri üçün şəkil

Dünyanın ilk fərdiləşdirilmiş mRNT xərçəng peyvəndi klinik sınaqların üçüncü mərhələsində melanomanın təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.

“Qafqazinfo” xəbər verir ki, nəticə peyvəndin pembrolizumab adlı immunoterapiya preparatı ilə birlikdə tətbiqi zamanı əldə olunub.

“Moderna” və “Merck” şirkətlərinin hazırladığı peyvənd əməliyyatdan sonra melanomanın yenidən yaranmasının qarşısını almaq üçün nəzərdə tutulub. Müalicə hər xəstənin şişinin genetik xüsusiyyətləri əsasında fərdi hazırlanır və immun sisteminə xərçəng hüceyrələrini tanıyaraq onlara hücum etməyə kömək edir.

Dünyanın 157 tibb mərkəzindən 1100-dən çox xəstənin iştirak etdiyi sınağın nəticələri 2026-cı il Avropa Tibbi Onkologiya Cəmiyyətinin konqresində təqdim olunub. Tədqiqatçılar nəticələri xərçəng müalicəsində fərdiləşdirilmiş yanaşmanın inkişafı baxımından mühüm addım hesab edirlər.

Peyvənd hələ Avstraliya və ABŞ-də geniş istifadəyə verilməyib, tənzimləyici qiymətləndirmə prosesi davam edir. Alimlər texnologiyanın digər xərçəng növlərinin müalicəsində də tətbiqini araşdırırlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑