Səhiyyə · Ölkə.az

Gənc qalmağın sirri bu içkidədir? - Həkimdən açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gənc qalmağın sirri bu içkidədir? - Həkimdən açıqlama xəbəri üçün şəkil

Ölkə.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Anastasiya Lebedeva bildirib. 

O, çay göbələyinin ömrü uzatması ilə bağlı iddiaları şişirdilmiş hesab edib. Bununla belə, onun sözlərinə görə, bu içki həqiqətən faydalıdır.

Kombuça bağırsaq mikrobiomunun sağlamlığını qoruyan və immun sisteminin fəaliyyətinə kömək edən canlı bakteriya və maya kulturalarını ehtiva edir.

Bundan əlavə, kombuça hüceyrələri sərbəst radikalların yaratdığı zədələnmələrdən qoruyan polifenollar və üzvi turşularla zəngindir.

Bununla yanaşı, çay göbələyini əhəmiyyətli vitamin mənbəyi hesab etmək düzgün deyil. Ekspert bildirib ki, bu içki yalnız qida rasionunu tamamlaya bilər.

“Həzm problemlərinin qarşısını almaq üçün içkini normada qəbul etmək lazımdır”, – deyə A.Lebedeva fikrini yekunlaşdırıb.

Həmidə İbrahimova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑