İbrahimov Kamandar Həsən oğlu 1961-ci il sentyabr 7-də Qazax rayonun Kosalar kəndində anadan olub.1985-ci ildə Azərbaycan Dövlət Tibb İnistutunu bitirib. 1985-87-ci illərdə Rusiyanın Kazan şəhərinə təyinatla göndərilib. Klinik Arqinatura bitirib. Sonra isəAzərbaycana qayıdıb.1992-ci ilə qədər Cərrah kimi işləyib.1992-ci ildən 1996-cı ilə qədər Erməni qəsipkarlarına qarşı vətən müharibəsində tibb xidməti kapitanı kimi fəaliyyət göstərib. Yüzlərlə yaralını əməliyyat edərək ölümün pəncəsindən qurtarıb.
Vətən Müharibəsi veteranıdır.1996-98-ci illərdə Topçubaşov adına Elmi Cərahiyyə Mərkəzində Urvgenikalogiya şöbəsinə rəhbərlik edib, daha sonra Şöbə müdiri vəzifəsində işləyib. 1998-2000-ci ilə qədər Respublika Klinik xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. 2008-ci ildə Prezidentin fərmanı ilə Regionlarda Səhiyyənin inkişafı ilə əlaqədar Qazaxda Diyaqnostika Mərkəzi inşa olunmuşdur.Prezidentimiz tərəfindən açılışı olunan Qazax Diyaqnostika Mərkəzinə Baş Həkim təyin edilmişdir.2009-cu ilin yanvar ayından 2020-ci ilə qədər Qazax Diyaqnostika Mərkəzinə Direktor kimi rəhbərlik etmişdir.
Qeyd etmək lazımdır ki, rəhbərlik etdiyi müddətdə fəaliyyəti qüsursuz olmuş və region əhalisinə yüksək səviyyədə xidmət göstərmişdir.Regiyonda yerləşən Sərhədçilərə yüksək xidmətinə görə Sərhəd qoşunlarının 100 illik medalı ilə təltif olunmuşdur.2019-2020-ci illərdə “Karona” virusu ilə bağlı pandemiya dövründə xəstəliklə mübarizədə regionda rəhbər təyin edilmişdir yüksək peşəkarlığı,idarəçiliyi sayəsində yüzlərlə insanı ölümün pəncəsindən xilas etmişdir.Müalicə Diyaqnostika mərkəzi 2020-ci ildə, Mərkəzi Xəstəxana ilə birləşdikdən sonra Cərrahi xidmətlər üzrə müavin vəzifəsində çalışmışdır.
2025-ci ilin sentyabr ayında heç bir xəbərdarlıq olmadan idarəçilik peşəkarlığını və rəhbərlik qabiliyyəti nəzərə alınmadan Təbibin keçmiş rəhbəriliyi heç bir peşəkarlığı olmayan, qüsurlu fəaliyyəti ilə gündəmdə olan Vüqar Qurbanov tərəfindən işdən azad edilmişdir.Bir ay fasilədən sonra oktyabr ayının 15-də Qazax Mərkəzi xəstəxanasında cərrah kimi işə qəbul edilmişdir.
Son aylarda ilk təyinatı ilə Səhiyyədə yeniliklər gətirən peşəkar kadrlara xüsusi önəm verən hörmətli Nazirimiz Anar Bayramovun Kamandar həkim kimi Səhiyyədə peşəkarlığı,bacarıqları, idarəçiliyi ilə fərqlənən Kamandarın üzə çıxarılması və Səhiyyəmizin inkişafında xidmətlərindən istifadə edilmədini diqqətdə saxlanmasını Sizdən xahiş edirəm.
2008-ci ildən YAP-nın üzvüdür. İnsanlığı ilə xəstələrinin qəlblərinə nur saçan, xəstələrindən təmənna ummayan, gecə-gündüz xəstələrinin başından ayrılmayan Kamandar həkimə, Qazax sakinlərinin böyük ehtiyacı var.Hər kəsə diqqətlə, qayğı ilə yanaşan, əlac etdiyi xəstələrin duaları ilə mukafatlanan loğman-həkim Kamandar İbrahimova şəfa tapmış xəstələri adından təşəkkürümüzü bildiririk və ona Şərəfli və peşəkar həyatında uğurlar arzulayırıq.
Söhrab Məmmədbağır oğlu Əliyev
Qazax rayonu



