Siyasət · Qafqazinfo.az

Serbiyada seçkilər başa çatdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Serbiyada seçkilər başa çatdı xəbəri üçün şəkil

Serbiyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, səsvermədə 6 milyon 451 min 292 nəfər seçici iştirak edib.

Seçicilər 8 392 məntəqədə 18 siyasi siyahıdan birinə səs veriblər.

Saat 18:00-a olan məlumata görə, seçici fəallığı 64,89 faiz təşkil edib.

Seçkilərdə Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi hakimiyyət düşərgəsi ilə hökumət əleyhinə etirazlar zamanı güclənən və tələbələrin dəstəklədiyi siyasi siyahı rəqabət aparır.

Səsvermə 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması və 16 nəfərin həlak olması ilə bağlı hadisədən sonra başlayan genişmiqyaslı etirazların fonunda keçirilib. Etirazçılar korrupsiya iddialarının araşdırılmasını və məsul şəxslərin cavab verməsini tələb ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑