Siyasət · SİA

Ərdoğan Oqtay Saralı vəzifəsindən azad edib - TƏCİLİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğan Oqtay Saralı vəzifəsindən azad edib - TƏCİLİ xəbəri üçün şəkil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş müşaviri Oqtay Saralı vəzifəsindən istefaya göndərib. SİA xəbər verir ki, bu barədə türkiyəli jurnalist Tələt Atilla məlumat yayıb. Belə ki, T. Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb. Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub. Saral cavabında "Bəli" deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.

"Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur", – deyə Saral vurğulayıb. Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral "Bəli, elə görünür" cavabını verib.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑