Siyasət · Yeni Sabah

Parlamentdə dava və ailədə zorakılıq: Azərbaycanı tənqid edən Oktay Saralın QALMAQALLI KEÇMİŞİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Parlamentdə dava və ailədə zorakılıq: Azərbaycanı tənqid edən Oktay Saralın  QALMAQALLI KEÇMİŞİ xəbəri üçün şəkil

Azərbaycanla bağlı açıqlamalarından sonra Türkiyə prezidentinin baş müşaviri vəzifəsindən ayrıldığını təsdiqləyən Oktay Saralın qalmaqallı keçmişi yenidən gündəmə gəlib.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, Saral parlamentdəki dava, həyat yoldaşına zorakılıq etdiyinə dair etirafı və sənətçiləri hədəfə alan təhqiramiz paylaşımları ilə yadda qalıb.

1967-ci ildə Trabzonun Of rayonunda doğulan Saral ixtisasca inşaat mühəndisidir. O, 1999-2011-ci illərdə Of bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə parlamentin deputatı olub. 2016-cı ildə prezidentin baş müşaviri təyin edilib. Pepperoni pizza

Parlamentdə yumruq və çəkic

Saralın adı ilə bağlı ən səs-küylü hadisələrdən biri 2015-ci ildə Türkiyə Böyük Millət Məclisində daxili təhlükəsizlik paketinin müzakirəsi zamanı baş verib.

Türkiyə mətbuatının məlumatına görə, Saral müxalifət deputatları ilə davada iştirak edib, Ərtoğrul Kürkçüyə yumruq atıb və iclasda istifadə olunan çəkici götürərək qarşı tərəfə yelləyib.

Sonradan müsahibəsində Saral Kürkçüyə yumruq atdığını özü də təsdiqləyib. O, deputatın ona zərbə vuracağını düşündüyünü deyib, eyni zamanda bunun baş verməyə də biləcəyini etiraf edib.

Həyat yoldaşına zorakılıq etdiyini etiraf edib

Həmin dövrdə "Habertürk"ə müsahibə verən Saral ailə həyatına dair açıqlaması ilə də gündəmə gəlib:

"Evliliyimin ilk illərində həyat yoldaşıma da əl qaldırmışam".

Onun bu etirafı Türkiyə mediasında geniş işıqlandırılıb.

Sənətçiləri də təhqir edib

Saralın sərt və təhqiramiz paylaşımlarının hədəfinə sənət adamları da çevrilib.

O, müğənni Hayko Cepkinin konsertindən yayılan görüntülərə münasibət bildirərkən sənətçinin xarici görünüşünü hədəfə alaraq "Görünüşünə baxsanız, insan olmadığı bəllidir" ifadəsini işlədib.

Aktrisa Ecem Erkekin heyvanların qorunmasına dair çıxışı da Saralın reaksiyasına səbəb olub. O, aktrisanın heyvan sevgisini "şou" adlandırıb, sənətini və insanlığını hədəfə alan ifadələr səsləndirib.

Gömrük rəhbərindən pul istəməsi barədə iddia

2019-cu ildə deputat Mahir Polat Saralla bağlı pul tələbi və kadr təyinatlarına müdaxilə iddiaları səsləndirib.

Polatın sözlərinə görə, Saral Gürbulaq gömrük rəhbərindən Quran kursu üçün 70 min lirə istəyib, həmçinin müəyyən şəxsin işə götürülməsi barədə müraciət edib. Deputat Sarala aid olduğunu bildirdiyi yazılı qeydi də ictimailəşdirib.

Bu məlumatlar Polatın səsləndirdiyi iddialardır, məhkəmə hökmü ilə müəyyən edilmiş fakt kimi təqdim edilmir.

Vəzifədən ayrıldığını təsdiqlədi

Jurnalist Talat Atillanın məlumatına görə, Saral Türkiyə prezidentinin göstərişi ilə vəzifəsindən ayrıldığını təsdiqləyib və heç kimdən incimədiyini bildirib.

Qərarın Azərbaycanla bağlı açıqlamaları ilə əlaqəli olub-olmadığı barədə suala isə "Bəli, elə görünür" cavabını verib./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑