Dünya · Publika.az

Zelenskinin tələbi Avropa Komissiyasını çətin vəziyyətə saldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskinin tələbi Avropa Komissiyasını çətin vəziyyətə saldı xəbəri üçün şəkil

Avropa Komissiyası Ukraynanın 2027-ci il üçün maliyyələşdirmə kəsirini qarşılamaq yollarını axtarır. Brüssel ilin sonunadək bu məsələ ilə bağlı siyasi razılaşma əldə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyasının sənədinə əsasən, döyüş meydanında ehtiyacların sürətlə dəyişməsi Ukraynaya gələcək dəstəyin maliyyələşdirilməsində çevik yanaşma tələb edir.

Məlumata görə, sözügedən sənəd Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin hərbi ehtiyacları üçün ən azı 70 milyard avro ayrılmasına hazırlıq görülməsi tələbindən sonra hazırlanaraq Aİ-yə üzv ölkələrə göndərilib.

Qeyd olunur ki, Aİ liderləri noyabrda keçiriləcək növbədənkənar sammitdə Ukraynanın 2027-ci il üçün maliyyə çatışmazlığının aradan qaldırılması yollarını müzakirə edəcəklər. Bununla belə, Avropanın tələb olunan vəsaiti haradan əldə edəcəyi hələ də bəlli deyil.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑