Dünya · Publika.az

Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi... xəbəri üçün şəkil

Enerji atəşkəsi Rusiyanın Ukraynaya qarşı müharibəni başa çatdırmaq niyyətində olduğunun ilk əlaməti ola bilər.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “TSN.Nedelya” proqramının aparıcısı Alla Mazurla müsahibəsində deyib.

“Enerji atəşkəsi ilk addımdır. Mən inanıram ki, bu, bir siqnal ola bilər”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna texniki qruplar səviyyəsində üçtərəfli danışıqlara hazırdır. Prezident vurğulayıb ki, bu görüşlər konkret nəticələr verməlidir.

Zelenski qeyd edib ki, tərəflər müharibənin başa çatmasına dair sənəd, enerji atəşkəsi və ya dəniz gəmiçiliyinin bərpası ilə bağlı razılıq əldə edə bilərlər.

Qeyd edək ki, bundan əvvəl Zelenski Ukrayna, ABŞ və Rusiyanın noyabrın birinci yarısında danışıqlar qrupları səviyyəsində üçtərəfli görüş keçirmək barədə razılığa gəldiyini açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑