Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın son qərarlarının Kiyevi Rusiya qarşısında kapitulyasiyaya məcbur etmək məqsədi daşıdığını bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Düşünürəm ki, Ukraynanı kapitulyasiyaya razı salmaq üçün müəyyən addımlar atılıb”, – deyə o vurğulayıb.
Zelenski bununla belə, Ukraynanın tərəfdaşlarının həqiqətən də belə bir məqsəd güddüyünü iddia etmədiyini qeyd edib. O, ABŞ-ın müharibəni Ukraynanın maraqları hesabına daha tez başa çatdırmaq istədiyinə inanmadığını deyib. Zelenski mövcud vəziyyətin məhz belə təsir bağışladığını qeyd edib.
Bundan əvvəl yüksək vəzifəli mənbə “RBK-Ukrayna” nəşrinə açıqlamasında ABŞ-ın son həftələrdə Ukraynanın kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırmasını və “Starlink” sisteminin iş sürətini azaltmasını Zelenskiyə təzyiq vasitəsi kimi qiymətləndirib.
Müəllif: Valeh



.jpg)
