Ukrayna prezidenti Vladimir Zelenski ilə Macarıstanın baş naziri Peter Madyar arasında ilk rəsmi görüş keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “European Pravda” məlumatlı mənbələrə istinadən yazıb.
Görüş Brüsseldə Avropa İttifaqının sammiti çərçivəsində baş tutub və təxminən 30 dəqiqə davam edib. Bu, Madyarın əvvəlcədən açıqladığı 10-15 dəqiqəlik danışıq planından xeyli uzun olub. Ukrayna tərəfi isə məhz bu qədər davam edən görüşə ümid edirmiş.
Məlumata görə, Macarıstan tərəfinin tələbi ilə görüşün protokol hissəsinə belə, nə Ukrayna, nə də Macarıstan mətbuatının qatılmasına icazə verilib. Həmçinin danışıqların köməkçilər və nümayəndə heyətinin üzvləri olmadan, yalnız iki lider arasında keçirilməsini də Budapeşt istəyib. Bu format liderlər arasında danışıqlar üçün qeyri-adi hesab olunur.
Brüsseldəki görüş bir neçə ay davam edən vaxt və məkan müzakirələrindən sonra baş tutub. Kiyev bu təması iki ölkə arasında münasibətlərdə son vaxtlar yaranan diplomatik yaxınlaşmanı konkret irəliləyişə çevirmək fürsəti kimi qiymətləndirib.
Müəllif: Adəm




