Dünya · Yeni Çağ

Səudiyyə Ərəbistanına hücum cəhdlərinin qarşısı alındı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanına hücum cəhdlərinin qarşısı alındı - Yeni Çağ xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri husilərin buraxdığı üç raketi və üç pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Yenicag.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki məlumat verib.

Onun sözlərinə görə, son bir neçə saat ərzində Yanbu istiqamətində buraxılmış ballistik raket ələ keçirilərək məhv edilib. Bundan əlavə, koalisiya qüvvələri Qırmızı dəniz üzərində iki qanadlı raketi zərərsizləşdirib.

Həmçinin Səudiyyə Ərəbistanının cənub bölgəsində və Ər-Riyad ətrafında üç PUA məhv edilib.

Qeyd edək ki, Yəməndə husilərlə hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. Son aylarda ölkədə hərbi əməliyyatlar intensivləşib. Yəmən hökuməti üsyançılara qarşı mübarizəni gücləndirmək məqsədilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə genişmiqyaslı əməliyyata başladığını elan edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑