Dünya · Konkret.az

“Putinlə sazişi bağlayıb bizi çətin vəziyyətdə qoydu” | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Putinlə sazişi bağlayıb bizi çətin vəziyyətdə qoydu” | KONKRET xəbəri üçün şəkil

Çexiyanın Baş naziri Andrey Babiş ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dizel yanacağının tədarükü ilə bağlı razılığa gələrək Avropa ölkələrinin maraqlarına xəyanət etdiyini iddia edib.

KONKRET.az xəbər verir ki, bu barədə Çexiyanın “Novinky” nəşri məlumat yayıb.

“Fakt budur ki, müharibə davam edir, Avropa kənarda qalır, Tramp isə Putinlə bu sazişi bağlamaqla, əslində, bizi çətin vəziyyətdə qoydu. Biz addım atmalıyıq. Avropa dövlətləri beynəlxalq məsələlərin həllində daha fəal iştirak etməlidirlər”, – deyə Çexiya hökumətinin başçısı bəyan edib.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü barədə razılığa gəliblər. Bu məqsədlə Vaşinqton Moskvaya qarşı sanksiyaları müvəqqəti olaraq (2027-ci ilin aprelinə qədər) yumşaldıb. Putin də öz növbəsində Rusiyanın enerjidaşıyıcılarını istənilən ölkəyə tədarük etməyə hazır olduğunu bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑