Dünya · Publika.az

Vicdan əzabı çəkmədən tənbəllik etməyin yolları

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vicdan əzabı çəkmədən tənbəllik etməyin yolları xəbəri üçün şəkil

Məqsədsiz istirahət insanın öz üzərində nəzarət hissini bərpa etməsinə və narahatlığını azaltmasına kömək edir.

Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, bu barədə psixoloq Anatoli Abaşin bildirib.

Onun sözlərinə görə, insan işlərini təxirə saldığına və daim məşğul olmadığına görə özünü günahkar hiss edə bilər. Bunun qarşısını almaq üçün tapşırıqları düzgün planlaşdırmaq və istirahətə vaxt ayırmaq vacibdir.

Abaşin qeyd edib ki, məqsədsiz gəzintilər, yatmaq və vanna qəbul edərək dincəlmək sağlam istirahətin formalarıdır. İnsan müvəqqəti fəaliyyətsizliyinə görə özünü qınamamalıdır.

Bununla belə, istirahətin sosial şəbəkələrdə fasiləsiz vaxt keçirməyə çevrilməsi tövsiyə edilmir. Bu, sinir sisteminə əlavə yük yarada və narahatlığı artıra bilər.

Psixoloq iş görmək istəyi olmadıqda həmin tapşırığı planlaşdırmağı və onun yerinə yetirilməsi üçün konkret vaxt müəyyənləşdirməyi məsləhət görüb. Beləliklə, insan öhdəliklərini unutmadığını bilərək rahatlıqla dincələ bilər.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑