Argentina millisinin keçmiş hücumçusu Karlos Teves “Mançester Yunayted”də və milli komandada birlikdə oynadığı Kriştiano Ronaldo və Lionel Messi arasındakı fərqlərdən danışıb.
Publika.az xəbər verir ki, Teves bu barədə Rio Ferdinandın proqramında məlumat verib:
“Bəzən Messi çox sakitcə deyirdi: “Biz 2-0 hesabı ilə qalib gələcəyik”. Biz 2-0 hesabı ilə qalib gəlirdik və hər iki qolu o vururdu.
Bəzən ona baxanda elə görünürdü ki, əslində oynamaq istəmir, sanki heç nə etmir. Amma əgər o, bu gün 3-0 hesabı ilə qalib gələcəyimizi desəydi, hər üç qolu vuracaqdı. Asanlıqla.
Və Kriştiano… Bilirik ki, onun əlavə motivasiyaya ehtiyacı var idi. O, Messi ilə eyni səviyyədə oynayıb və üç qol vura bilərdi, amma bunu əvvəlcədən və ya Messi ilə eyni inamla deməzdi”, – Teves deyib.
Karlos 2022-ci ilin yayında futboldan ayrılıb. O, dekabr ayında vida matçında iştirak etməyi planlaşdırır. Argentinalı ilk dəfə birlikdə oynaya biləcək Ronaldo və Messini matça dəvət edib.






