Londonun “Çelsi” klubunun keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviç Bakıya səfər edib.
İdman.Biz xəbər verir ki, iş adamı Baku International Art Festival (BIAF) beynəlxalq incəsənət festivalının tədbirlərində görüntülənib.
Onun yanında ukraynalı model Natalya Qotsiy də olub. Bəzi KİV-lər modeli Abramoviçin sevgilisi kimi təqdim edirlər.
Milyarderin Azərbaycan paytaxtına səfərinin məhz festivalla əlaqədar olduğu ehtimal edilir.
Qeyd edək ki, Abramoviç BIAF çərçivəsində Bakıya ilk dəfə gəlmir. O, ötən il də festivalın tədbirlərində iştirak edib.






