İdman · Trend.az

FİFA Dünya Çempionatının mükafat fondunu ikiqat artırmaq istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FİFA Dünya Çempionatının mükafat fondunu ikiqat artırmaq istəyir xəbəri üçün şəkil

Bakı. Trend:

FİFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında futbol üzrə Dünya Çempionatının mükafat fondunu iki dəfə artıraraq 220 milyon dollara çatdırmağı planlaşdırır.

Bu məbləğ 2026-cı ildə kişilər arasında keçiriləcək Dünya Çempionatında komandalara ayrılan mükafat fondundan iki dəfə azdır.

FİFA rəhbərliyi mükafat ödənişlərindəki bu fərqi kommersiya məhdudiyyətləri ilə izah edir.

Mükafat fondunun artırılması ilə yanaşı, FİFA qadın futbolçular üçün kişilərin turnirindəki səviyyəyə uyğun şərait yaradacaq. Belə ki, futbolçular biznes-klass uçuşları və otellərdə fərdi nömrələrlə təmin olunacaqlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑