Dünya · Publika.az

Termonüvə ittifaqı: Tokio və Berlin enerji böhranına qarşı birləşir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Termonüvə ittifaqı: Tokio və Berlin enerji böhranına qarşı birləşir xəbəri üçün şəkil

Yaponiya və Almaniya termonüvə sintezi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Razılaşmanın oktyabrın 28-29-da Almaniya kansleri Fridrix Mertsin Yaponiyaya planlaşdırılan səfəri zamanı əldə olunacağı gözlənilir.

Əməkdaşlıqda əsasən Yaponiyanın “Kyoto Fusioneering” və “Mitsui”, eləcə də Almaniyanın “Siemens Energy” şirkətləri iştirak edəcək. Şirkətlər termonüvə reaktorlarında ayrılan istiliyin elektrik enerjisinə çevrilməsi texnologiyası üzərində çalışacaqlar.

Bundan əlavə, “Kyoto Fusioneering” Almaniyanın “Proxima Fusion” şirkəti ilə birlikdə nüvə sintezi üçün yanacaq dövriyyəsi texnologiyalarının və qirotronların hazırlanması ilə məşğul olacaq.

Bildirilib ki, Mertsi səfər zamanı Almaniyanın təxminən 30 şirkətinin nümayəndəsi müşayiət edəcək. Termonüvə sintezi ilə yanaşı, tərəflər pilotsuz uçuş aparatları, kibertəhlükəsizlik, süni intellekt və aerokosmik sahələrdə də əməkdaşlıq etməyi planlaşdırırlar.

Valeh

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑