Dünya · Modern.az

“Türkiyə, Azərbaycan və Türkmənistan eyni ata-anadan olan üç qardaşdır” - Türkiyəli rektor

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Türkiyə, Azərbaycan və Türkmənistan eyni ata-anadan olan üç qardaşdır” - Türkiyəli rektor
“Türkiyə, Azərbaycan və Türkmənistan eyni ata-anadan olan üç qardaşdır” - Türkiyəli rektor

Türkiyə Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu 2026-cı il oktyabrın 25-də qələmə aldığı məqaləsində Türkiyə, Azərbaycan və Türkmənistanın ortaq tarixi köklərinə diqqət çəkərək bu üç ölkəni “Eyni ata-anadan olan üç qardaş” adlandırıb.

Modern.az xəbər verir ki, Oğuz türklərinin tarix boyu qurduqları dövlətləri və türk dünyasındakı yerini dəyərləndirən Erhan Afyoncu Səlcuq, Osmanlı, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu, Əfşar və Qacar dövlətlərinin, eləcə də Anadolu, Azərbaycan, İraq və Suriyada mövcud olmuş çoxsaylı bəyliklərin oğuz türkləri tərəfindən qurulduğunu bildirib.

O, 250 milyonluq Türk dünyasının təxminən yarısının oğuz türklərindən ibarət olduğunu qeyd edərək Türkiyə, Azərbaycan və Türkmənistanın eyni tarixi və mədəni köklərdən gəldiyini vurğulayıb.

Afyoncunun bu fikirləri Türkiyə ilə Azərbaycanın ortaq keçmişini və qardaşlıq əlaqələrini yenidən gündəmə gətirib. 

Məqaləni tam şəkildə buradan oxumaq olar.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑