Dünya · Ədalət

Rusiya Çubaysın 20 milyardını əlindən alır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Çubaysın 20 milyardını əlindən alır xəbəri üçün şəkil

Rusiyada məhkəmə icraçıları “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubaysdan 20 milyard rubla yaxın vəsaitin məcburi qaydada tutulması prosesini həyata keçirirlər.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Məbləğin təxminən 18 milyard rublu əmlak xarakterli tələblər, qalan hissəsi isə icra rüsumu ilə bağlıdır. Çubaysa qarşı ümumilikdə 14 icra işi açılıb. Onlardan 10-u 2016-cı ilin iyun-oktyabr ayları arasında başlanıb. Moskva Arbitraj Məhkəməsindən daxil olan sənədlər əsasında Çubaysdan 17,74 milyard rubl təzminat tələb olunur. Bu vəsait “Rosnano” şirkətinə dəymiş ziyanın ödənilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, korporasiyanın sabiq rəhbərindən təxminən 2,13 milyard rubl məbləğində icra rüsumu da məcburi qaydada tutulur”, – məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Anatoli Çubays ölkəni tərk etmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑