Dünya · Publika.az

Seçkilərdən sonra Trampı impiçment təhlükəsi gözləyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Seçkilərdən sonra Trampı impiçment təhlükəsi gözləyir xəbəri üçün şəkil

ABŞ-da aralıq seçkilərdən sonra Konqres üzərində nəzarəti ələ keçirən demokratlar Donald Trampın üçüncü dəfə impiçmentə məruz qalması məsələsini gündəmə gətirə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilib ki, respublikaçılar ölkə üzrə bir sıra mühüm mövqelərini itirib, demokratlar isə Senatda 54 yer qazanıblar. Yeni Konqresin fəaliyyətə başlayacağı 2027-ci il yanvarın 3-dən impiçment proseduruna start vermək mümkün olacaq.

Lakin prezidentin vəzifədən kənarlaşdırılması üçün Senatda səslərin üçdə ikisi tələb olunur. Bu səbəbdən demokratların respublikaçıların dəstəyi olmadan məqsədlərinə çatması çətin görünür.

Demokratları tərəddüdə salan digər məqam isə Trampın vəzifədən kənarlaşdırılacağı təqdirdə prezident postunu vitse-prezident Ceyms Devid Vensin tutacağıdır. Belə olan halda Ağ Ev avtomatik olaraq demokratların nəzarətinə keçməyəcək. Üstəlik, partiyanın 2028-ci il prezident seçkiləri üçün hələlik namizədi də yoxdur.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑