İdman · Publika.az

"Sabah o iki nəfər azarkeşləri iyrəndirəcək qərar verəcək"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Sabah o iki nəfər azarkeşləri iyrəndirəcək qərar verəcək" xəbəri üçün şəkil

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “Bornmut”a məğlubiyyətdən sonra baş məşqçi Maykl Kerrikin istefaya göndərilə biləcəyini bildirib.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının səkkizinci turunda evdə “Bornmut”a 0-3 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, Nevill “Sky Sports”a bildirib:

“Sabah həmin iki nəfər (Omar Berrada və Ceyson Uilkoks) çox güman ki , “Mançester Yunayted” azarkeşlərini iyrəndirəcək bir qərar verəcəklər – amma bu, yəqin ki, zəruridir. Bütün bunlar tamamilə xaosdur”.

“Mançester Yunayted”in keçmiş oyunçusu azarkeşlərin Kerriki sevdiyini və onu “özlərindən biri” hesab etdiyini, sahiblərinin və idman rəhbərliyinin isə klubu ciddi şəkildə məyus etdiyini qeyd edib.

“Bornmut”a məğlubiyyətdən sonra “Mançester” ardıcıl səkkiz oyunluq qələbəsiz seriyasını davam etdirir. “Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində yeddi xalla 16-cı yerdədir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑