İspaniya La Liqasında "Barselona” və "Real Madrid” komandaları arasında keçirilən "El-Klasiko” Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb.
"Real Madrid” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Madrid klubunun hər iki qolunu Kilian Mbappe vurub. Fransalı hücumçu 41-ci və 87-ci dəqiqələrdə fərqlənib.
"Barselona”nın yeganə qoluna isə 61-ci dəqiqədə Rafinya imza atıb. ///apa.az///





