"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.
49-cu dəqiqədə Kahim Parris fərqlənib.
xxx
20:55
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Publika.az xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.



