Dünya · Publika.az

Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq: Törətdiklərinizi unutmayın

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq: Törətdiklərinizi unutmayın xəbəri üçün şəkil

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyanın yürütdüyü siyasətin mənfi nəticələrlə üzləşə biləcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Diplomatın sözlərinə görə, Yaponiya hakimiyyəti İkinci Dünya müharibəsinin nəticələrini tam şəkildə qəbul etmir. O bildirib ki, ölkənin məktəb dərsliklərində qonşu dövlətlərə qarşı ərazi iddialarına xüsusi diqqət yetirilir, lakin Yaponiya ordusunun müharibə dövründə törətdiyi cinayətlər lazımi səviyyədə işıqlandırılmır.

Zaxarova bu yanaşmanı tarixi revizionizmin ("tarixin yenidən yazılması") təzahürü adlandırıb və onun ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya bu risklərlə bağlı Yaponiyaya həm açıq şəkildə, həm də diplomatik kanallar vasitəsilə mütəmadi xəbərdarlıq edir.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑