Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra hazırlanan yeni təhsil proqramı çərçivəsində tarix dərsliklərində dəyişikliklər edilib.
Globlinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, dərsliklərdə Osmanlı dövrünü təsvir edən “Osmanlı işğalı” və “türklərin zülmü” ifadələri çıxarılıb. Bununla yanaşı, Suriyanın təxminən 400 illik Osmanlı hakimiyyəti dövrünə dair tarixi məzmunun yenidən işlənildiyi qeyd olunur.
Dəyişikliklərin Suriya tarixinin tədrisində Osmanlı dövrünə yanaşmanın yenidən nəzərdən keçirilməsi məqsədi daşıdığı bildirilir.
Safura Bənnayeva
Globalinfo.az



