Rusiya Ukrayna ilə bağlı yeni danışıqlardan istifadə edərək NATO-nun Avropadakı hərbi mövcudluğunun azaldılmasına nail olmaq istəyir.
Modern.az xəbər verir ki, “The Telegraph”ın mənbələrə istinadən yaydığı məlumata görə, Moskva bu məqsədlə Avropa ölkələrinin də danışıqlara qatılmasında maraqlıdır. Kremlin alyansın hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə qaytarılması tələbini gündəmə gətirə biləcəyi bildirilir. unn.ua
Nəşrin məlumatına əsasən, bu tələb Polşa, Baltikyanı ölkələr və Finlandiyada yerləşdirilən NATO qüvvələrinin çıxarılmasını nəzərdə tuta bilər.
Avropa təhlükəsizliyinin daha geniş çərçivədə müzakirəsini ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun Sankt-Peterburqdakı görüşdə təklif etdiyi bildirilir.
Avropalı diplomatlar isə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduqlarını, lakin NATO-nun 1997-ci il mövqelərinə qaytarılması tələbinin qəbuledilməz olaraq qaldığını vurğulayıblar.




