Dünya · Modern.az

“Müharibə tərəfdarı olan üçbaşlı partiya məhv edilib” - Paşinyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Müharibə tərəfdarı olan üçbaşlı partiya məhv edilib” - Paşinyan
“Müharibə tərəfdarı olan üçbaşlı partiya məhv edilib” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə tərəfdarı olan qüvvələrin məğlubiyyətə uğradığını bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində canlı yayım zamanı danışıb.

O bildirib ki, bunu yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələrində də görmək mümkündür.

Baş nazir Ermənistanda “xaricdən idarə olunan casus müxalifətinin kökünü kəsməyin” vacib olduğunu vurğulayıb.

“Ermənistanda dövlət maraqlarını əsas götürən yeni müxalifət formalaşmalıdır. Lakin bu müxalifəti hökumət yaratmamalıdır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, yeni müxalifətin formalaşdırılması məsələsi ətrafında ictimai dinləmələr təşkil etmək lazımdır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑