Rusiya qüvvələri 26 oktyabr səhəri Zaporojye şəhərinə hücum edərək şəhərin ən böyük ticarət və əyləncə kompleksi olan “City Mall”a ziyan vurub.
Zaporojjya vilayətinin Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin kompleksin adını çəkməsə də, paylaşdığı fotoşəkillər “City Mall”a zərbə endirildiyini göstərir. Kompleksin veb saytında “City Mall” "Zaporojyedəki ən böyük Avropa tipli ticarət və əyləncə kompleksi" kimi təsvir edilir.
Semikin bildirib ki, hücum zamanı kompleks bağlı olub. Hücumdan sonra yanğın baş verib.
Tahir TAĞIYEV



