Dünya · Publika.az

10 aydan sonra ölkəsinə qayıtdı - Xalq coşqu ilə qarşıladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
10 aydan sonra ölkəsinə qayıtdı - Xalq coşqu ilə qarşıladı xəbəri üçün şəkil

Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado 10 aydan çox ölkədən kənarda qaldıqdan sonra vətəninə qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Maçado 7 dekabr 2025-ci ildə gizli şəkildə tərk etdiyi Venesuelaya geri dönüb. O, paytaxt Karakasda tərəfdarları tərəfindən coşqu ilə qarşılanıb.

Maçado ötən gün “X” hesabında bu sözləri yazıb: “Mən buradayam. Sizinləyəm”.

Maçadonun ölkəyə qayıtdıqdan sonra atacağı növbəti addımlar hələlik məlum deyil. O, daha əvvəl seçki keçirildiyi təqdirdə yenidən prezidentliyə namizəd olacağını açıqlamışdı.

Qeyd edək ki, Maçadonun Venesuelaya qayıtmaq üçün dəfələrlə cəhd etdiyi, lakin hər dəfə rədd cavabı aldığı bildirilib. ABŞ-ın onun qayıdışını gecikdirdiyinə dair iddialar isə Vaşinqton tərəfindən təkzib edilmişdi.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑