Dünya · Bizim.Media

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir” xəbəri üçün şəkil

Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaşko Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə qarşı məhkəməyə müraciət edib.

Bizim.Media xəbər verir ki, “Obozrevatel” nəşrinin məlumatına görə, Yaşko birgə qızları Jasminə görə Saakaşvilinin valideynlik hüquqlarından məhrum edilməsini və övladı yetkinlik yaşına çatanadək aliment ödəməsini tələb edir.

Gürcüstan həbsxanasında cəza çəkən Saakaşvili isə “X” sosial şəbəkəsində qızına maddi yardım göstərdiyini bildirib. Onun sözlərinə görə, Jasmin o, həbsdə olduğu vaxt dünyaya gəlib.

Keçmiş prezident qeyd edib ki, anası Kiyevdə və Avropanın bir neçə şəhərində nəvəsini ziyarət edib, ona hər ay maddi dəstək göstərir. Həmçinin 2022-ci ildə qıza Kiyevdə mənzil hədiyyə edib.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra həbs olunub və bir sıra ittihamlar üzrə azadlıqdan məhrum edilib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑