Dünya · Publika.az

Rusiya-Polşa gərginliyi artır: Zaxarovadan Sikorskiyə sərt sözlər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya-Polşa gərginliyi artır: Zaxarovadan Sikorskiyə sərt sözlər xəbəri üçün şəkil

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiya konsulluqlarının bağlanması ilə bağlı çağırışına sərt münasibət bildirib.

Publika.az xəbər verir ki, Zaxarova bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Sikorskinin Avropa müttəfiqlərini Rusiya konsulluqlarını bağlamağa çağırmasını diplomatik mövqe hesab etmirəm. Bu cür bəyanatlar diplomatik mövqe deyil, daha çox psixiatriya sahəsindəki mütəxəssislərin qiymətləndirməli olduğu məsələdir”, - deyə o qeyd edib.

Rusiya XİN-in nümayəndəsi Sikorskinin ifadələrini və davranışını “qeyri-sağlam” adlandıraraq, bunun həkimlərin qayğısına aid məsələ olduğunu vurğulayıb.

Qeyd edək ki, Sikorski bu çağırışı “Financial Times” qəzetinə müsahibəsində səsləndirib. O, mövqeyini Rusiyanın həyata keçirdiyini iddia etdiyi “hibrid hücumlar”la əsaslandırıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑