İdman · Publika.az

Ronaldo mənim kumirimdir, onu "Real"a qaytarardım - Diomande

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldo mənim kumirimdir, onu "Real"a qaytarardım - Diomande xəbəri üçün şəkil

“Real Madrid”in hücumameylli yarımmüdafiəçisi Yann Diomande imkanı olsaydı hansı futbolçunu komandaya qaytarmaq istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Yann portuqaliyalı hücumçu Kriştiano Ronaldonu seçib.

“Kral klubu”nun sosial media hesabında Afrikalı futbolçunun dediyi sözlər sitat gətirilib: “Əlbəttə ki, bu, Kriştiano Ronaldodur. O, mənim kumirimdir. 100 faiz onu qaytarardım”.

Portuqaliyalı hücumçu 2009-cu ildən 2018-ci ilə qədər “Real Madrid”də oynayıb. Daha sonra karyerasına “Yuventus” və “Mançester Yunayted”də davam etdirib. Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑