Dünya · Publika.az

Qətərdən də xəbərdarlıq gəldi: Üçüncü Dünya Müharibəsi qaçılmazdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qətərdən də xəbərdarlıq gəldi: Üçüncü Dünya Müharibəsi qaçılmazdır xəbəri üçün şəkil

Dünya çoxsaylı həll olunmamış böhranlar səbəbindən artıq III Dünya Müharibəsinin ilk ilini yaşayır.

Publika.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"İndi Üçüncü Dünya Müharibəsinin ilk ilində olduğumuz mümkündürmü? Bəli, əgər bu müxtəlif böhranları həll etməsək", - deyə o bildirib.

Əl-Ənsari qeyd edib ki, hazırda "beynəlxalq sülh və təhlükəsizlik sahəsində real böhran" mövcuddur və son on ildə dünya vahid hərtərəfli sülh müqaviləsi imzalaya bilməyib.

Yaxın Şərqdəki vəziyyət barədə danışan Qətər nazirliyinin sözçüsü qeyd edib ki, hazırkı gərginlik onilliklərdir davam edən "dondurulmuş və həll olunmamış münaqişələrin" nəticəsidir. Əl-Ənsari vurğulayıb ki, Körfəz dövlətləri hazırda regional təhlükəsizlik sisteminin yenidən qurulmasına diqqət yetirirlər.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑