İran prezidenti Məsud Pezeşkian ABŞ-la aparılan danışıqlarla bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Pezeşkian ABŞ-ın İran xalqının hüquqlarını rəsmi şəkildə tanımalı, təzyiq dilindən əl çəkməli və təcavüzkar addımlarını dayandırmalı olduğunu bildirib.
İran lideri vurğulayıb ki, yalnız bu şərtlər yerinə yetirildikdən sonra tərəflər bir araya gələrək danışıqlar apara bilərlər.
“Müharibə istəmirik, lakin zorakılığa da boyun əyməyəcəyik. Bütün yolları bağlayıb, təhdid edərək eyni zamanda danışıqlardan bəs edə bilməzsiniz”, - deyə Pezeşkian vurğulayıb.
O, həmçinin razılaşma imzalandıqdan sonra tərəflərin ona sonadək sadiq qalmalı olduğunu da qeyd edib.
Müəllif: Roza



