Dünya · Editor.az

Mirzoyan: “TRIPP vasitəsilə silah və sursat daşınması qadağan olunacaq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirzoyan: “TRIPP vasitəsilə silah və sursat daşınması qadağan olunacaq” xəbəri üçün şəkil

TRIPP marşrutu vasitəsilə silah-sursatın daşınmasına icazə verilməyəcək.

Editor.az-ın Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) üzrə müqavilə layihəsinin parlamentin xarici əlaqələr komissiyasında təqdimatı zamanı bildirib.

Nazir qeyd edib ki, TRIPP xətti ilə tranzitinə qadağa qoyulan xüsusi yük siyahısı mövcuddur.

“Bu cür siyahılar əksər dövlətlərdə məlumdur. Azərbaycanla da belə bir ortaq anlayış var ki, qadağan edilmiş əşyaların, misal üçün, silah və ya döyüş sursatlarının, təhlükəli kimyəvi yüklərin və digər bənzər malların daşınması yolverilməzdir”, – deyə A.Mirzoyan vurğulayıb.

Onun sözlərinə görə, bəzi kateqoriyalara aid malların tranziti üçün əvvəlcədən xüsusi icazənin alınması tələb olunacaq.

Komissiyadakı səsvermə nəticəsində layihə müsbət qiymətləndirilərək parlamentin növbəti iclasının gündəliyinə daxil edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑