Dünya · Sfera.az

Putin Stiven Habardı azad etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin Stiven Habardı azad etdi xəbəri üçün şəkil

Rusiyada dörd ildən artıqdır həbsdə olan 74 yaşlı ABŞ vətəndaşı Stiven Habard azadlığa buraxılıb. Qərar ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Sankt-Peterburqa səfəri zamanı açıqlanıb.

Sfera.az xəbər verir ki, Rusiya dövlət mediasının verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Habardın azadlığa buraxıldığını bildirib. Onun Sankt-Peterburqdakı Pulkovo hava limanında olduğu qeyd olunub.

Təqaüddə olan ingilis dili müəllimi Habard 2014-cü ildə Ukraynanın İzyum şəhərində məskunlaşıb. 2022-ci ildə şəhərin Rusiya qüvvələrinin nəzarətinə keçməsindən sonra saxlanılıb.

Rusiya tərəfi Habardı muzdlu döyüşçü olmaqda ittiham edib. Onun ailəsi isə bu ittihamları rədd edib.

Hərbi qeydlərə əsaslanan məlumatlara görə, Habard əvvəllər ABŞ Hərbi Hava Qüvvələrində və Milli Qvardiyada da xidmət edib.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑