Türkiyənin məşhur “Kim Milyoner Olmak İster” bilik yarışmasının aparıcısı dəyişir. Oktay Kaynarcanı uzun illər televiziyada xəbər aparıcısı kimi tanınan Cem Öğretir əvəz edəcək.
Publika.az xəbər verir ki, ATV telekanalında yayımlanan yarışmanın yeni mövsümündə qalib üçün nəzərdə tutulan əsas mükafat da 5 milyon lirədən 10 milyon lirəyə qaldırılıb.
Qeyd edək ki, Oktay Kaynarca 2024-cü ildə aparıcılığı Kenan İmirzalıoğlundan təhvil almışdı.





