Dünya · Publika.az

İran: ABŞ 7 şərtimizdən bəzilərini qəbul edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran: ABŞ 7 şərtimizdən bəzilərini qəbul edib xəbəri üçün şəkil

ABŞ İranın müharibənin başa çatdırılması ilə bağlı irəli sürdüyü 7 şərtdən bəzilərini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzai sosial şəbəkə hesabında paylaşım edib.

“ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən aldadılaraq bəşər tarixinin ən “axmaq” müharibələrindən birinə başlayıb”, - deyə o bildirib.

Rzainin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını yenidən açmağı bacarmayıb və Vaşinqton hazırda başqa üsullara əl atır.

“ABŞ İranın 7 şərtindən bəzilərini qəbul edib, lakin biz bu cavabı yetərsiz hesab edirik. İranın diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıdış olmayacaq”, - deyə o vurğulayıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑