Keniyada ilk Ebola virusuna yoluxma halından sonra 108 nəfər karantinə alınıb.
News24.az xəbər verir ki, bu barədə “Daily Nation” qəzeti ölkənin səhiyyə naziri Eydən Dualeyə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, virusa yoluxmuş şəxslərlə 122 nəfər təmasda olub və onların şəxsiyyəti müəyyən edilib. Həmin şəxslərdən 108-i həkim nəzarətində saxlanılır.
Dualey Ebola virusuna yeni yoluxma hallarının aşkarlanması istiqamətində işlərin davam etdiyini bildirib.
Müayinə üçün 293 nümunə götürülüb.



